Modern.az

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Ölkə

Bu gün, 10:20

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarına malik şəxslər üçün qarşılıqlı viza tələbini aradan qaldırmağa hazırlaşır. Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb.

Layihə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Sənəd iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsini nəzərdə tutur.

Qanun layihəsi komitədə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə oluna bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?