Modern.az

Nəsimi polisi: "Faiq Ağayevin pərəstişkarlarını Kliniki Tibbi Mərkəzin qarşısına çağırması qanunsuzdur”

Nəsimi polisi: "Faiq Ağayevin pərəstişkarlarını Kliniki Tibbi Mərkəzin qarşısına çağırması qanunsuzdur”

Ölkə

1 Oktyabr 2010, 12:22


Bir neçə gün öncə bıçaqlanması nəticəsində xəstəxanaya düşən xalq artisti Faiq Ağayev KİV işçilərini, dostlarını və pərəstişkarlarını bu gün saat 17:00-da Kliniki Tibbi Mərkəzin qarşısına görüşə çağırıb. F.Ağayevin bununla bağlı çağrışı artıq elektron media vasitəsilə yayımlanıb. Modern.az saytı xalq artistinin bu çağırışının kütləvi aksiyaların keçirilməsi ilə bağlı təhlükəsizlik qaydalarına uyğunluğunu araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəz müxtəlif xəstəlikləri olan xəsətələrin kütləvi müalicə olunduğu tibb ocağıdır. Heç şübhəsiz F.Ağayevin çağırışı ilə mərkəzin qarşısına xeyli adam toplaşacaq. Müğənninin bəzi fanatlarının orada çığır-bağır, qışqırıq salacaqları, bununla da xəstələrini rahatlığını pozacaqları istisna deyil. Bu çağırışı icazəsiz kütləvi aksiyanın təşkili də saymaq olar.  

Daxili İşlər Naziriliyi mətbuat xidmətindən isə məlumatı təəccüblə qarşılayaraq saytımıza bildiribiblər ki, bu barədə onlarda hər hansı məlumat yoxdur.

Kliniki Mərkəzin yerləşdiyi Nəsimi rayon Polis İdarəsindən rəisin köməkçisi Rəşad Əliyev əməkdaşımıza bildirib ki, onlara Faiq Ağayevin çağırışı ilə bağlı heç bir məlumat daxil olmayıb.

İdarənin növbətçi hissəsindən isə xəbəri ilk dəfə bizdən eşitdiklərini və rəhbərliyə məruzə edəcəklərini bildiriblər. İdarədən bildiriblər ki, polis qanunsuz aksiyanın qarşısının alınması istiqamətində tədbirlər keçirilə bilər:

“Faiq Ağayevin KİV işçilərini, dostlarını və pərəstişkarlarını xəstəxananın qarşısına çağıraraq aksiya təşkil etməsi qeyri-qanunidir və  xalq artistinin bu addımı araşdırılacaq”.

Bir neçə gün əvvəl bıçaqlanan və hazırda Mərkəzi Kliniki Tibbi Mərkəzdə yerləşdirilən xalq artisti Faiq Ağayev bu gün mətbuat üçün açıqlama yayıb. "Mən bu dəhşətli hadisə başıma gələndən bəri, bu günlər ərzində mənə görə narahat olan, saatlarını, günlərini xəstəxananın qarşısında xəbər gözləyərək keçirən, Allaha sağalmağım üçün dua edən, fanatlarım, dostlarım, KİV nümayəndələrinə minnətdarlığımı bildirirəm. Hər birinizin qarşısında baş əyirəm.

Söz verdiyim kimi həkimlər icazə verən kimi sizinlə görüşmək istəyirəm. Hər birinizə çox sağ olumu bildirmək üçün bu gün saat 17:00-da Sizləri Kliniki Tibbi Mərkəzin qarşısında gözləyəcəm. Sizin Faiq Ağayev".

Orxan Əli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı