Modern.az

Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı – YENİLƏNİB

Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı – YENİLƏNİB

Ölkə

14 Sentyabr 2026, 10:28

Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.

Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

08:45

Bakı metropolitenində yaranan problemin səbəbi məlum olub.

Modern.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin yaydığı məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.

Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
 

08:17

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

Modern.az xəbər verir ki, qatarların hər iki istiqamətdə hərəkəti dayanıb. Qatarlar sərnişinsiz və hərəkətsiz vəziyyətdə saxlanılıb.

Yaranmış fasilə səbəbindən metro stansiyalarında sərnişin sıxlığı müşahidə olunur.

Problemin səbəbi və hərəkətin nə vaxt bərpa ediləcəyi hələlik açıqlanmayıb. Metropoliten əməkdaşları sərnişinlərə bu vəziyyətin 1 saata qədər çəkə biləcəyini bildirirlər. 

 



Ulduz stansiyası 


Əhmədli stansiyası hazırda

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!