Modern.az

Tahir Gozal bu bankın rəhbəri seçildi

Tahir Gozal bu bankın rəhbəri seçildi

Ölkə

18 Sentyabr 2026, 10:10

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

Modern.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının banklar üzrə məlumatında Müşahidə Şurasının sədri vəzifəsində Tahir Abdolbari oğlu Gozal göstərilib.

Buna qədər bankın Müşahidə Şurasına Ahmad Gozal (Əhməd Gözəl) rəhbərlik edib. Bankın rəsmi saytındakı məlumata görə, o, 2022-ci ildən bu vəzifəni tuturdu.

Beləliklə, Tahir Gozal bu vəzifədə Ahmad Gozalı əvəzləyib.

Qeyd edək ki, Tahir Gozal 2026-cı ilin aprelində “Azersun Holdinq”in Müşahidə Şurasının sədri vəzifəsinə də gətirilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

Bankın icraedici rəhbərliyində də dəyişiklik baş verib. Mərkəzi Bankın məlumatında Sarvan Umudvar oğlu Mikayılov “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinin sədri kimi göstərilib. O, bu vəzifədə Kənan Orucovu əvəzləyib. Sarvan Mikayılovun yeni sədr təyin olunması barədə məlumat sentyabrın 17-də mediada yayılıb.

Sarvan Mikayılov uzun illərdir bankda çalışır və bundan əvvəl İdarə Heyətinin üzvü olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri