Modern.az

İlham Əliyev Birləşmiş Krallıqla tərəfdaşlığın önəmindən danışdı

İlham Əliyev Birləşmiş Krallıqla tərəfdaşlığın önəmindən danışdı

Ölkə

30 Sentyabr 2026, 16:01

Azərbaycan Prezidenti İlham Əliyev müasir silahların Azərbaycana gətirilməsi ilə bağlı Birləşmiş Krallıqla tərəfdaşlığın önəmindən bəhs edib.

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul etdiyi zaman bildirib.

Prezident ölkədə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu deyib.

Dövlət başçısı müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkədə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxunub, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu