Modern.az

Hesablama Palatası Ombudsman Aparatında yoxlamalar apardı

Hesablama Palatası Ombudsman Aparatında yoxlamalar apardı

Ölkə

1 Oktyabr 2026, 13:06

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb.

Bu barədə Modern.az-a Hesablama Palatasından bildirilib.

Məlumata görə, bu barədə qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş geniş tərkibdə Kollegiya iclasında məlumat verilib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Ombudsmanın zəruri tədbirlər görməsinə dair qərarlar qəbul olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!