Modern.az

Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi - Yenilənib

Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi - Yenilənib

Ölkə

Bu gün, 11:48

Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.

Modern.az xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 2-də saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

O da qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilib.

***

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər