Modern.az

Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr qoyur

Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr qoyur

Ölkə

12 Oktyabr 2026, 11:34

Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətində bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!