Modern.az

Qara ləkə!

Qara ləkə!

Ölkə

16 Sentyabr 2015, 09:35

15 sentyabrın pozitiv abu havasını üzərindən  oxuduğum bir xəbər xətt çəkdi. İsmayıllı rayonunda bir məktəbli özünü asıb.12 yaşlı İsmət çanta və geyim ala bilməyən ailəsini öz təbirincə çarəsizlikdən "qurtarıb".

Oxudum, utandım. Oxudum, bogazımda düyümlənən yaşı nifrət olaraq ürəyimə axıtdım. O ailənin, körpənin düşdüyü durumu düşündüm. Hətta aralarındakı söhbəti təxmin etdim. İsmət məktəbə yeni libas, çantayla getmək istədiyi deyir, ana, ata isə borc belə, tapa bilmədiklərini övladlarına anlatmağa çalışır. Övlad ata anasını heç vaxt zəif qəbul etməz. Onların mütləq bir çarə tapacaqlarına inanar. Bu, hər birimizdə eynidir. Amma bütün çarələrin tükəndiyin anlayan İsmət öz çarəsini çıxış yolu bilib. Yaş və psixoloji basqı onu intihara sürükləyib. Əminəm, o ana, ata övladlarını məktəbə göndərmək üçün neçə qapıya borc üçün gedib. Neçə insanın qarşısında boyun eyib. Nəticə göz önündə. Biz zəngin ölkənin vətəndaşları,  çanta üçün intihar edən məktəbli xəbıri ilə bilik gününə qədəm qoyuruq...


İsmətin kiçık vücudu buz kimi soyudu və əbədiyyən qara torpağa qarışdı. O, bəlkə 100 manat xərcləsə xoşbəxt olacaqdı, məktəbə gedəcəkdi, İNSAN olacaqdı. Kiçik xoşbəxtliyini ona bəxş edə bilməyən ananın, atanın mənəvi ölüm günüdü bu gün. Bundan ağır nə ola bilər? 

Utanın! Siz! marka ayaqqabılara, əlbisələrə, maşınlara, hətta məşuqələrinizin gözəllik salonlarına milyonlarla pul xərcləyirsiz, İsmət çanta üçün ölur...

Sizin övladlarınız Azərbaycanda təhsili bəyənməyib Amerikada oxuyur, İsmətsə 100 manatlıq əşya üçün intihar edir! Sizin övladlarınız maşınlarını hər ay modaya uyğun dəyişir, qumar masalarında milyonlar uduzur, İsmətin atası isə övladına çanta ala bilmədiyi üçün onun soyuq bədəninə sarılır.

Siz! icra başçısı, deputat olmaq üçün savaşırsız, İsmətin atası isə hayat savaşında övladını qurban verir. Siz! Həcc ziyarətinə gedib savab qazanmağa çalışırsız, bütün savabınızı İsmətin çarəsizliyinə qurban verirsiniz! 

Mən, bu xəbərin acısını ürəyimdə həzm edə bilmirəm. Milyonlarını möhtəşəm açılışlara xərcləyən ölkənin övladı bir çanta üçün ölməməli! Villalar məhəlləsi olan bir ölkənin övladı bir köynək üçün ölməməli! Göydələnləri göbələk kimi çoxalan, deputat seçilmək üçün milyonlar tökən vətəndaşı olan ölkədə İsmət intihar etməməli. Mügənnisinin övladı ayda 60 min manatlıq paltara pul xərcləyən bir məmləkətdə İsmət geyim üçün intihar etməməli.

Siz! Bu ölümə şərait yaradanlar! Bu sizin alnınzda qara ləkədi. Bəlkə bunun fərqində belə,  deyilsiniz. Amma 12 yaşlı uşagın ölən arzuları sizin qazanmayıb haramla əldə etdiklərinizə qurban getdi. Siz yediniz, o ac qaldı! Siz, geyindiniz, o, əskimiş libaslarından utandı! İsmət hər şeyi sizə buraxıb getdi. Alnınızdakı qara möhürlə yeyin, için kef edin!...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı