Modern.az

Bağçalı Azərbaycana dəvət olunub - EKSKLÜZİV

Bağçalı Azərbaycana dəvət olunub - EKSKLÜZİV

Ölkə

Bu gün, 19:01

Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı Modern.az-a eksklüziv açıqlamasında partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib.

O, qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.

Söhbət zamanı Özdaşlı Bağçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir