Modern.az

Xocalıya köçmək istəyənə qarşı dələduzluq, saxlanılan var

Xocalıya köçmək istəyənə qarşı dələduzluq, saxlanılan var

Ölkə

Bu gün, 16:05

Xocalıya köçmək istəyən şəxsə qarşı dələduzluq edilib.

Modern.az-ın xəbər verir ki, Xocalı rayon sakini olan 41 yaşlı Etibar Quliyev (şərti adla) dələduzluqda ittiham olunur.

Məlumata əsasən, zərərçəkən Fizuli Osmanov (şərti adla) işğaldan azad olunan yerlərə qayıdışla bağlı qeydiyyata alındığı Xocalının Badara kəndinə yox, Təzəbinə kəndinə köçmək istəyib. Bunun üçün o, tanışı Etibara üz tutaraq, ondan kömək istəyib. Etibar Quliyev də Qaçqın vı Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən tanışı olduğunu deyərək, bu işi həll edəcəyinə vəd verib. Bunun üçün Fizulidən 4 min manat pul alıb. O, zərərçəkənə 2026-cı ilin fevral ayında Təzəbinə kəndinə köçəcəyini deyib. Lakin həmin vaxt köç baş tutmayıb. F. Osmanov Etibarla əlaqə saxlayıb bunun səbəbini soruşanda müəyyən gecikmələrə görə, köçün martın sonunda reallaşacağını bildirib.

Amma martda da Fizulinin arzusu ürəyində qalıb. Zərərçəkənin sözlərinə görə, hər dəfə əlaqə saxlayanda Etibar müxtəlif bəhanələr gətirib. Bundan sonra o, polisə şikayət edib. Şikayət əsasında E. Quliyev saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən E. Quliyev ifadəsində bildirib ki, əslində “Qaçqınkom”da tanışı yoxdur. Sadəcə pula ehtiyacı olduğu üçün bu cinayəti törədib. O, zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini qeyd edib.

Zərərçəkən F. Osmanov da həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Etibar Quliyev məsuliyyətdən azad edilib.

İlyas Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir