Modern.az

Azərbaycanda orta maaşı 4 225 manat olan sahə açıqlandı

Azərbaycanda orta maaşı 4 225 manat olan sahə açıqlandı

Ölkə

Bu gün, 15:15

Azərbaycanda 2026-cı ilin yanvar–sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1 172,7 manata çatıb.

Modern.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb – 4 224,8 manat. Bu, təhsil sahəsindəki orta maaşdan təxminən 5,1 dəfə çoxdur.

Maliyyə və sığorta sahəsində orta aylıq əməkhaqqı 3 026 manat, informasiya və rabitədə 2 109,9 manat, nəqliyyat və anbar təsərrüfatında 1 604,2 manat təşkil edib.

Təhsil sahəsində orta maaş 827,7 manat olub. Dövlət sektorunda bu göstərici 817,9 manat, qeyri-dövlət sektorunda isə 974,3 manat təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyada azərbaycanlılara qarşı əməliyyat! Nə baş verir?