Novella Cəfəroğlu: “Gün ərzində polis tərəfindən 32 nəfər saxlanılıb”
“Böyük Xalq Günü” ilə bağlı sosial şəbəkələrin Bakıda elan etdikləri aksiyada həbs edilən 8 nəfərin işi məhkəməyə göndərilib. Bu barədə Modern.az-a hüquq müdafiəçisi Novellla Cəfəroğlu bildirib. Onun sözlərinə görə, gün ərzində aksiyada iştirak edən 32 nəfər saxlanılıb. “Onlardan 8 nəfərinin işini məhkəməyə göndərdilər. Hazırda onlar məhkəməyə aparılıblar. Gənclərin azad edilməsi üçün əçalışırıq”-deyə N.Cəfəroğlu vurğulayıb. Hüquq müdafiəçisi DİN-dən narazılğını ifadə edib. N.Cəfəroğlu bildirib ki, DİN-dən onlara gənclərin izahat alındıqdan sonra buraxılacağı vəd edilsə də, onların bir qismni məhkəməyə göndəriblər.
“Biz bundan ciddi narahatlıq keçirik. Hesab edirik ki, bu gənclər azad edilməlidirlər”-deyə N.Cəfəroğlu bildirib.