Modern.az

Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların fikrini öyrənib

Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların fikrini öyrənib

Təhsil

14 Mart 2011, 11:52

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu başa çatıb. Dövlət Sosial Müdafiə Fondu

İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, bu dəfəki sorğu zamanı respondentlərə "Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi" sualı ünvanlanıb.

Sorğunun yekun nətıcələrinə əsasən, respondentlərin 62,44 faizi "Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi" sualına "bəli", 21,71 faizi isə "xeyr" cavabını veriblər. Sorğuya qatılanların 15,85 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıblar.

Sorğunun nəticələri göstərir ki, respondentlərin böyük əksəriyyəti - 62,44 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatlıdır. Bu isə son dövrlər əhali arasında aparılan maarifləndirmə işlərinin, kütləvi informasiya vasitələrindən istifadə etməklə təbliğatın daha da gücləndirilməsinin nəticəsidir. Belə ki, 2009-ci ilin sonunda keçirilən analoji sorğunun nəticələri tamamilə fərqli olmuşdu. Həmin dövrdə keçirilən sorğu zamanı rerspondentlərin cəmi 34,9 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini nəzərə çatdırmışdı. Bu dəfəki sorğuda isə bu göstərici 62, 44 faiz təşkil edir. Qeyd olunan göstərici vəziyyətin müsbətə doğru dəyişdiyini söyləməyə əsas verir.

"Nəzərə catdıraq ki, 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmayaraq işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Yeni sığorta - pensiya sistemində hər bir şəxs hələ əmək fəaliyyəti dövründə özünün gələcək pensiya məbləğinə təsir edə bilər. Sığorta - pensiya sistemində davam etdirilən islahatların mühüm həlqəsi kimi yaxın gələcəkdə hər bir vətəndaşın fərdi hesabı ilə bağlı məlumatlandırılması da nəzərdə tutulur. Belə ki, hazırda Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan bütün sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə əldə edə bilməsı üçün ümumi məlumat bazasının yaxın vaxtlarda istifadəyə verilməsi istiqamətində iş aparılır"-deyə Fonddan bildirilib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı