Modern.az

BAXCP hakimiyyəti islahatları sürətləndirməyə çağırdı

BAXCP hakimiyyəti islahatları sürətləndirməyə çağırdı

Təhsil

14 Mart 2011, 13:35
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.Bu barədə Modern.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.
Son günlər bir qrup gəncin və siyasi partiya təmsilçilərinin etiraz aksiyaları keçirməyə cəhd göstərmələrini müzakirə edən BAXCP İdarə Heyəti hakimiyyəti islahatları sürətləndirməyə çağıran bəyanatla çıxış edib. Bəyanatda deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, xalqın etimad göstərmədiyi və tanımadığı siyasi qüvvələrin və gənclərin çağırışı ilə narazı elektoratın etiraz aksiyalarına qoşulmaması iqtidarda arxayınçılıq yaratmamalıdır. Azərbaycan xalqının kütləvi etiraz aksiyalarına dəstək verməməsi həm də Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi son qərarlarla və ölkədə sabitliyin pozula biləcəyi narahatlığından qaynaqlanır.
1993-cü ildə ölkədə siyasi sabitliyin pozulması daha 5 rayonun ermənilər tərəfindən işğalı ilə nəticələnmişdi və xalqımız yaxın tarixdə baş verən bu hadisələri yaxşı xatırlayır. BAXCP iqtidarı qeyd olunan və olunmayan bu kimi məqamları nəzərə alaraq, ölkə həyatının bütün sahələrində islahatları sürətləndirməyə çağırır".   


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı