Modern.az

ATƏT sədri siyasi partiyaların rəhbərləri ilə görüşdü

ATƏT sədri siyasi partiyaların rəhbərləri ilə görüşdü

Təhsil

14 Mart 2011, 13:43

Bu gün Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalislə və Azərbaycandakı siyasi partiyaların rəhbərləri arasında görüş keçirilib.

Bu barədə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

BAXCP sədri görüşdə Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi, seçki qanunvericiliyi, siyasi partiyalar haqqında qanun və digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı görüşdə BAXCP sədri Qüdrət Həsənquliyev, DİP sədri Asim Mollazadə, SRP sədri Xanhüseyn Kazımlı, ƏP sədri İlyas İsmayılov, YAP sədrinin müavini Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı və digərləri iştirak ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı