Universitet qarşısında icazəsiz etiraz aksiyası keçiriləcəyi élan olunub
Gənclər tərəfindən Bakı Dövlət Unversiteti qarşısında piket keçirilməsinə hazırılıq görüldüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb. BDU-nun adının açıqlanmasını istəməyən müəllimləri Modern.az-a bildiriblər ki, bununla bağlı elə bu saatlarda ali məktəbdə dərslərin yarımçıq dayandırılması və tələbələrin təcili evə buraxılması ilə bağlı rektorluq tapşırıq verib.
Gənclərin etiraz aksiyasının saat 13-14.00 arası keçirilməsi gözlənilir.
“BDU rəhbərliyi narahatdır. Dərslərin dayandırılması ilə bağı bəzi tələbələr narazılıq ediblər. Müəllimlər isə bütün iradların rektorluğa bildirilməsini deyirlər”. Mənbənin sözlərinə görə, hazırda tələbələrin BDU-dan çıxarılması proses gedir. Modern.az
saytı məsələ ilə əlaqədar BDU-dan rəsmi mövqe öyrənmək istəsə də, cavab ala bilməyib. Yalnız universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova əlaqə saxlaya bildik. O, isə dərslərin axıradək davam etdiyini bildirərək məlumatı təkzib etdi. Redaksiyamıza məlumat verən tələbələr də dərslərin dayandırıldığını bildiriblər. *** Ən son məlumata görə, hazırda BDU-nun qarşısı polislərlə doludur. Yasamal rayon Polis İdarəsinin rəisinin da orada olduğu bildirilir. *** Hadisə yerinə çağırılan polis artıq asayişin qorunması istiqamətində müvafiq tədbirlər görür. Polislər hər hansı qanunsuz aksiyanın qarşısının alınacağını bildiriblər. *** Modern.az saytının məlumatına görə, artıq BDU-da ikinci növbədə dərslər qaydasına salınıb. Modern.az