Modern.az

İlham Əliyev İsveçrə prezidenti ilə təhbətək görüşüb

İlham Əliyev İsveçrə prezidenti ilə təhbətək görüşüb

Təhsil

14 Mart 2011, 14:25

Martın 14-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. (AzərTAc)
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilibub.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı