Modern.az

İspaniya Avropa çempionu oldu

İspaniya Avropa çempionu oldu

Təhsil

2 İyul 2012, 03:00



Kiyevin “Olimpiyski” stadionunda futbol üzrə Avropa Çempionatının final oyunu keçirilib.

Modern.az xəbər verir ki, finalda İspaniya millisi İtaliyanı 4:0 hesabı ilə darmadağın edib. 

Oyunun 14-cü dəqiqiəsində Silva hesabı açıb. 41-ci dəqiqədə Alba İspaniyanı 2:0 hesabı ilə irəli çıxarıb.
84-cü dəqiqədə Torres, 88-ci dəqiqədə Mata hesabı artırıblar - 4:0.

Qeyd edək ki, matçın 57-ci dəqiqəsində İtaliyanın heyətində meydana çıxan Tiaqo Motta az sonra zədələnərək görüşü davam etdirə bilməyib. Motta İtaliya millisinin sonuncu dəyişikliyi olduğundan komanda oyunu 10 nəfərlə davam etdirmək məcburiyyətində qalıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi