Modern.az

Azərbaycanlı deputatlar Bolqarıstana səfər edəcək

Azərbaycanlı deputatlar Bolqarıstana səfər edəcək

Təhsil

3 İyul 2012, 10:36

Millət vəkilləri Siyavuş Novruzov, Mahir Aslanov və Rauf Əliyev iyulun 3-dən Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, millət vəkilləri Bolqarıstan-Azərbaycan əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəzində millət vəkilləri ölkə parlamentində olacaq, Bolqarıstanın  rəsmi şəxsləri ilə bir sıra  görüşlər keçirəcəklər.

Səfər iyulun 6-da başa çatacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı