Modern.az

Mətbuat yenə Nərgiz Birk-Petersendən yazdı

Mətbuat yenə Nərgiz Birk-Petersendən yazdı

Təhsil

10 İyul 2012, 16:56


Modern.az
saytı xəbər verir ki, “Azərbaycan qadını” jurnalının növbəti 11-ci sayı işıq üzü görüb. Hər üç aydan bir oxucuların görüşünə gələn “Azərbyacan qadını “ jurnalının budəfəki buraxılışında maraqlı materiallar  yer alıb.
Jurnalda bu ilin mayında Bakıda keçirilən  “Eurovision”un xüsusi qonaqları ilə maraqlı məlumatlar, ulduzlarla müsahibələr diqqəti çəkir.
“Azərbaycan qadını” jurnalının yay buraxılışında “Eurovision-2012”nin aparıcısından biri - Nərgiz Birk-Petersen ilə yaxından tanışlıq gözləyir. 

Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin qızı olan Nərgiz Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurduqdan sonra özü də Danimarka vətəndaşılığını qəbul edib. İki uşaq anası olan Nərgiz, həyat yoldaşının soyadını götürüb və hazırda Kopenhagendə yaşayır.

Modern.az

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar