Modern.az

“Kooperasiya” jurnalı Ali Attestasiya Şurasında qeydiyyatdan keçdi

“Kooperasiya” jurnalı Ali Attestasiya Şurasında qeydiyyatdan keçdi

Təhsil

12 İyul 2012, 12:46

“İyulun 6-da Ali Attestasiya Şurasında “Kooperasiya” elmi jurnalı qeydiyyatdan keçib”. Bu barədə Modern.az-a Koorperasiyalar İttifaqının sədri, Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyev bildirib.

“Uzun müddət idi ki, jurnalın qeydiyyatdan keçməsini gözləyirdik. Buna görə də Ali Attestasiya Komissiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk”, – deyə E. Quliyev qeyd edib.

Deputatın sözlərinə görə, bundan sonra bu jurnalda elmi məqalələr dərc olunacaq. “Bu da ölkəmizdə elmin inkişafında mühüm rol oynayacaq amillərdən biridir”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...