Modern.az

“Soyqırımı Memorial Kompleksi” bu ilin sonuna təhvil veriləcək

“Soyqırımı Memorial Kompleksi” bu ilin sonuna təhvil veriləcək

Təhsil

10 Avqust 2012, 10:53

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan “Soyqırımı Memorial Kompleksi” bu ilin sonuna təhvil veriləcək”. Bu sözləri Modern.az-a açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsindən seçilən deputat Yevda Abramov deyib.

O qeyd edib ki, ümumiyyətlə Quba rayonunda böyük iş gedir və həmin kompleksdə işlər sürətlə aparılır: “Tikinti bu sürətlə getsə, yəqin ki, ilin axırında açılışı olacaq. Artıq binanın əsas tikinti hissəsi hazırdır, içəridə olan işlər qalıb. Açılışın rayondakı digər obyektlərlə birgə olması ehtimalı var”.

Aytən Əliyeva
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı