Modern.az

MSK təmsilçiləri Gürcüstanda seçkilərin gedişini izləyəcək

MSK təmsilçiləri Gürcüstanda seçkilərin gedişini izləyəcək

Təhsil

10 Sentyabr 2012, 16:09

Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün Azərbaycandan da müşahidəçilər olacaq. Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, seçkilərdən bir necə gün öncə komissiyanın əməkdaşları seçkiləri izləmək üçün Gürcüstana yollanacaqlar.

A.Sarıyev bildirib ki, Gürcüstana kimlərin gedəcəyi hələ dəqiq müəyyənləşməyib, yəni MSK-da tərkib təsdiq olunmayıb.

Sevinc İltifatqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!