Modern.az

Bakı-Sumqayıt yolunda görünməmiş tıxac

Bakı-Sumqayıt yolunda görünməmiş tıxac

Təhsil

10 Sentyabr 2012, 22:36

Bakı-Sumqayıt yolunda bir neçə saat tıxac olub

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Sakinlərin Modern.az-a verdiyi məlumata görə,  paytaxtın “Şamaxinka” deyilən əzarisindən Biləcəri istiqamətində, eləcə də Bakı-Sumqayıt avtomagistralında təxminən saat 20:00 radələrində dəhşətli tıxac meydana gəlib.

Hətta tıxacın 3-4 saat davam etdiyi bildirilib. Modern.az saytının əməkdaşı da tıxaca düşənlər sırasında olub. Yaranmış tıxacın bir ucu Sumqayıtda, bir ucu isə Bakının çıxacağında olduğu deyilir.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!