Modern.az

Bakı Metropolitenindən yeni xəbər

Bakı Metropolitenindən yeni xəbər

Təhsil

13 Sentyabr 2012, 16:32

Metronun «28 May» stansiyasında quraşdırılan yeni eskalatorlar sentyabrın 15-i saat 12:00-da sərnişinlərin istifadəsinə veriləcək. Bu barədə Bakı Metropolitenindən  Modern.az-a məlumat verilib.

Bildirilib ki, köhnə eskalatorun əvəzinə Almaniyanın «Thyssen Krupp» şirkətinin «Viktoriya» tipli 4 ədəd eskalatoru quraşdırılıb. Hal hazırda stansiyada son tamamlanma işləri gedir.

Qeyd edək ki, yeni layihə üzrə işlər bir qədər sonra həyata keçiriləcək. Bu zaman stansiyanın girişində problemlər yaşanmayacaq. Əsas işlər gecə saatlarında olacaq. 

 

 

E.AĞAYEV

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!