Modern.az

Sumqayıtda adambaşına düşən yaşıllıq respublikadakı orta göstəricidən yüksək imiş

Sumqayıtda adambaşına düşən yaşıllıq respublikadakı orta göstəricidən yüksək imiş

Təhsil

19 Fevral 2010, 11:02

Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, yaşıllıq sahələrinin artırılması 2009-cu ildə də diqqət mərkəzində saxlanılıb, il ərzində 60 min ədəd ağac və gül şitilləri yetişdirilib, 30 min ağac əkilıb.

2003-cü ildən ötən qısa müddət ərzində şəhərin ayrı-ayrı yerlərində 110 min ədəd müxtəlif çeşidli ağac, 35 min dekorativ kol, 5 milyonadək mövsümi və çoxillik güllər əkilıb, 35.000 kvadrat metrlik sahədə çəmənlik salınıb.

Ümumilikdə 2003-cü ildən etibarən Sumqayıtda 16 hektardan çox ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınıb və yenidən qurulub. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?