Modern.az

Akademiyadan qovulan tələbə ilə bağlı aksiya keçirilib

Akademiyadan qovulan tələbə ilə bağlı aksiya keçirilib

Təhsil

19 Fevral 2010, 17:45

Fevralın 19-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qarşısında “Dalğa” Gənclər Hərəkatı aksiya keçirib. Aksiyanın keçirilməsinin məqsədi bu ali məktəbdən qovulan tələbə-jurnalist Elmin Bədəlovun təhsil hüququnun bərpa edilməsi idi.

Aksiya iştirakçıları böyük plakatlarda “Elmin Bədəlova haqsızlıq dursun!!!”, “Azad və güclü təhsil naminə!”, “Haqsızlıq sizə çatmamış durdurun!” yazılmış şüarlarla ADNA-nın qarşısında aksiya təşkil ediblər. Gənclər həmçinin saxta pulları ADNA-nın qarşısında səpərək təhsildə rüşvətin olmasını mətbuatda yazan bir tələbənin universitetə bərpa olunmasını tələb ediblər.

Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını və imtahanlardan qərəzli şəkildə  kəsildiyini deyir.

 

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?