Modern.az

ABŞ səfiri Sərdar Cəlaloğlunu görüşə çağırıb

ABŞ səfiri Sərdar Cəlaloğlunu görüşə çağırıb

Təhsil

26 Fevral 2013, 16:54

“ABŞ səfirliyi bizə görüş üçün təklif göndərib. Dəqiq tarixini və müzakirə olunacaq mövzular barədə isə hələlik məlumat yoxdur”. Bunu Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə bu görüş ənənəvidir.
“Səfirlik müxalifətlə, regionlarda ictimaiyyətlə mütəmadi görüşlər keçirir. Bu da həmin  kateqoriyadan olan görüşlərdən biri olacaq”.

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu digər açıqlamasında bu görüşdə ABŞ-ın Xocalı ilə bağlı petisiyaya prezident səviyyəsində reaksiya verməməsi məsələsini səfirlə görüşdə müzakirə edəcəklərini bildirib.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı