Modern.az

Ərdoğandan İrəvana xəbərdarlıq

Ərdoğandan İrəvana xəbərdarlıq

Təhsil

17 Mart 2010, 10:43

Böyük Britaniyada səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BBC televiziyasına müsahibəsində bildirib ki, hazırda bölgədə sülhün və sabitliyin bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Misk qrupunun üzərinə böyük vəzifə düşür.

Rəcəb Tayyib Ərdoğan Londonda Türkiyənin əsas qlobal məsələlərdə mövqeyini açıqlayıb. O, deyib ki, Amerika ilə münasibətlər bu il martın 4-də Konqresin Nümayəndələr palatasında "soyqırım qətnaməsi" qəbul olunduqdan sonra korlanıb. Türkiyə Amerikadakı səfirini geri çağırıb.

O, həmçinin deyib ki, Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlər Ermənistan və Türkiyə arasında münasibətlərdən asılı deyil. "Bizim Amerika ilə strateji müttəfiqliyimiz var və parlamentlər heç zaman tarixi faktları redaktə edə bilməzlər",- deyə Ərdoğan qeyd edib. Baş nazir deyib  ki, bu məsələdə razılığa gəlinsə, Amerika və Türkiyə arasında münasibətlər əvvəllər olduğu kimi sağlam vəziyyətinə qayıdacaq.

BBC-nin "Soyqırım iddialarının başqa ölkələrin parlamentlərində qəbul olunması ilə bağlı nə deyərdiniz" sualına isə Türkiyənin baş naziri belə cavab verib:

"Bunların heç biri bizi maraqlandırmır. Bunların heç birisinin Ermənistan-Türkiyə arasında yeri yoxdur. Bunlar özləri özü üçün rol oğurlayırlar.

Bu ölkələrin Ermənistanla nə əlaqəsi var, bunlara bu vəzifəni kim verdi? Hardan çıxarırlar bu görəvi? Burada əgər tərəf ölkə varsa, bu da Türkiyə-Ermənistandır - əgər tərəf ölkə varsa. Bunlar öz qərarları ilə şou yaradırlar. Və Ermənistan xalqına zərər verirlər. Bir şey əgər olacaqsa da, çıxmaza girir.

Baxın mənim ölkəmdə 170 min erməni var, onların 70 mini mənim vətəndaşımdır. Amma 100 minini biz ölkəmizdə hazırda yola veririk. Nə edəcəyəm sabah? Lazım olarsa, həmin o yüz mininə "haydı, siz də gedin məmləkətinizə" deyəcəyəm, bunu edəcəyəm. Niyə? Çünki mənim vətəndaşım deyil bunlar. Ölkəmdə saxlamaq məcburiyyətində deyiləm.

Yəni bu andan bizim bu səmimi yaxınlaşmamızı təəssüf ki, çıxmaz istiqamətə yönəldirlər, bunun fərqində deyillər" - deyə Ərdoğan vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir