Avropa parlamentinin bir qrup deputatı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Modern.az düşmən ölkənin KİV-nə istinadən xəbər verir ki, Ermənistanla dostluq qrupunun üzvü olan Avropalı parlamentariləri Qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanla görüşüb.
Görüşdə Qarabağ münaqişəsinin həlli və regional məsələlərə dair müzakirələr olub.
Bako Saakyan “qondarma respublikanın xarici siyasət kursunda” Avropa ilə əlaqələrin vacibliyindən söz açıb. Hər iki tərəf bu istiqamətdə iş aparmaq üçün zəruri imkanlardan yararlanmağın əhəmiyyətini vurğulayıb. Görüşdə separtçı qurumun digər rəsmi şəxsləri də iştirak ediblər.
Aqşin Kərimov