Modern.az

Bayram Hüseynzadə haqqında yayılan xəbərlərə aydınlıq gətirdi

Bayram Hüseynzadə haqqında yayılan xəbərlərə aydınlıq gətirdi

Təhsil

25 Aprel 2013, 12:41

Təhsil naziri Misir Mərdanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mətbuat nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin də işdən çıxarıldığı barədə ard-arda informasiyalar yaydı. Daha bir xəbər isə Bayram Hüseynzadənin “Azərbaycan müəllimi” qəzetinin baş redaktorluğundan uzaqlaşdırılması ilə bağlı oldu. Bəzi KİV-lərin yazdığına görə, yeni təhsil naziri Mikayıl Cabbarov B.Hüseynzadəni “Azərbaycan müəllimi” qəzetinin rəhbərliyində görmək istəməyib.

Amma bu gün Modern.az saytına açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə özü haqqında yayılan bütün belə xəbərləri təkzib edərək, onları dezinformasiya adlandırıb:

”Mən “Azərbaycan müəllimi”qəzetinin baş redaktoruyam və Təhsil Nazirliyindəki vəzifəmdə də qalıram”.

Şahanə RƏHİMLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı