Modern.az

AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyəti rəhbərlərinin görüşü olub

AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyəti rəhbərlərinin görüşü olub

Təhsil

25 Aprel 2013, 14:28
 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən keçirilən plenar iclasından sonra AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə onun iş otağında Azərbaycan və Ermənistanın nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və David Arutyunyan arasında görüş keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bu məsələdə AŞPA-da hər iki ölkənin nümayəndə heyətləri arasında təmasların vacib olduğu qeyd olunub. Qurumda hər iki ölkənin nümayəndə heyətləri rəhbərləri və üzvləri arasında dialoqun davam etdirilməsi zəruriliyi bir daha vurğulanıb. 

Bundan başqa, AŞPA sədri bu yaxınlarda hər iki ölkəyə səfər edəcəyini də bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı