Modern.az

Avropa Məhkəməsi İlqar Məmmədovun şikayətinə cavab verdi

Avropa Məhkəməsi İlqar Məmmədovun şikayətinə cavab verdi

Təhsil

25 Aprel 2013, 15:04

Avropa İnsan Hüquqları Məhkəməsi REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsi ilə bağlı şikayətə cavab verib. Bu barədə Modern.az saytına İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi həmin şikayətə prioritet verərək, onu Azərbaycan dövlətinə kommunikasıya edib.

“Bu ilin fevralında Azərbaycan Respublikasının Prokurorluğu, ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Daxili İşlər Nazirliyi, yerli məhkəmələrin, bir sözlə Azərbaycan iqtidarının İ.Məmmədovun hüquqlarını kobud və çox sayda pozması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişik. Şikayətdə Konvensiyanın 5 (azadlıq hüququ), 6(2)(təqsirsizlik prezumpsiyası), 13 (səmərəli hüquq müdafiə vasitələri hüququ), 14 (ayrıseçkiliyin qadağası) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədə məsələlər qaldırılmışdır.

Avropa İnsan Hüquqları Məhkəməsi artıq həmin şikayətə prioritet verərək, onu Azərbaycan dövlətinə kommunikasıya etmiş, yəni iqtidarı rəsmi məlumatlandırmış və sadalanan maddələr ilə bağlı ona suallar vermişdir. Azərbaycan dövlətinə bu il iyunun 18-nə kimi öz mülahizələrini təqdim etmək təklif olunmuşdur”-deyə vəkil bildirib.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı