
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərdiyi təklifləri Azərbaycan rədd etməməlidir”. Modern.az erməni mətbutaına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan deyib.
“Əgər Azərbaycan dövləti həqiqətən status-kvonu saxlamaq istəmirsə, o zaman həmsədrlərdən gələn təklifləri rədd etmək lazım deyildi. ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edir ki, tərəflər dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün siyasi iradə nümayiş etdirməlidir”.
Aytən Əliyeva