Modern.az

Azay Quliyev Şuşa ilə bağlı "Anadolu" agentliyinə müsahibə verdi

Azay Quliyev Şuşa ilə bağlı "Anadolu" agentliyinə müsahibə verdi

Təhsil

30 Aprel 2013, 15:38


Aprelin 30-da Ankarada olan Azərbaycan nümayəndə heyəti Medya İşçiləri Sendikası-nı (Medya-İş) ziyarət edib. Modern.az saytının məlumatına görə, nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.  Nümayəndə heyətinə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının prezidenti Rauf Zeyni, Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının koordinatoru Rufiz Qonaqov, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Anadolu Agentliyindəki görüşdə Medya-İş genel başkanı Gürsel Eser, Azərbaycanın Şuşa şəhərinin 21 ildir işğal altında qalmasının qəbuledilməz bir durum olduğunu vurğulayıb. O, xatırladıb ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şusada bir çox bəstəkar, şair və yazar yetişdiyini söyləyib.

Şuşanın işğalına son qoyulmasının vacibliyini vurğulayan Gürsel Eser "Azərbaycanın mədəniyyət şəhəri olaraq Şuşaya yenidən Azərbaycan vətəndaşlarının yerləşməsini tələb edirik" deyib.

Milli Məclisnin deputatı Azay Quliyev Şuşanın sadəcə Dağlıq Qarabağın deyil, Azərbaycanın da gözbəbəyi olduğunu dilə gətirərək, orada 21 il öncə 8 may tarixində Ermənistan tərəfindən işğalın gerçəkləşdiyini xatırladıb.

"Biz 21 ildir Şuşasız yaşayırıq. Şuşa adi bir şəhər deyil, yalnız bir kültür mərkəzi və mədəniyyət beşiyi deyil. Şuşa bizim üçün siyasi bir anlam da daşıyır, çünki Dağlıq Qarabağın ən önəmli şəhəri olan Şuşada Azərbaycan türkləri yaşayıblar. Şuşa dövlət, kültür və siyasət adamları yetişdirib"-deyə A.Quliyev söyləyib. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçən il "Şuşaya azadlıq!" kampaniyası başlatdığını qeyd edən A.Quliyev bu məsələdə Türk dövləti və mediasının dəstəklərini gözlədiyini vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı