Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu

Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu

Təhsil

8 May 2013, 11:42

Azərbaycan Milli Məclisinin (MM) növbəti iclası mayın 14-də keçiriləcək. Bu barədə APA-ya MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, iclasda 7 məsələ müzakirə olunacaq. Bunlar “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə düzəlişlərin təsdiq edilməsi” haqqında qanun layihəsi, “Avtomobil yolları haqqında”, “İcbari sığorta haqqında” qanunlara, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi və “Miqrasiya Məsəlləsi”nin layihəsidir.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı