Modern.az

Parlamentdə istiqlalçı deputatların pensiya məsələsi qaldırıldı

Parlamentdə istiqlalçı deputatların pensiya məsələsi qaldırıldı

Təhsil

24 May 2013, 12:28

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. Modern.az xəbər verir ki, Qüdrət Həsənquliyev bu bayramın qeyd olunmasında səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib. O bildirib ki, bu məsələ öz həllini tapmalıdır.

“Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır”.
Onun sözlərinə görə keçmiş kommunistlər, məhkəmə sədrləri, keçmiş partiya işçiləri necə pensiya alırlar, eləcə də Azərbaycanın istiqlaliyatına səs vermiş istiqlalçı deputatlar da pensiya almalıdır.   Modern.az    
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı