Modern.az

“94 yaşlı universitetdə 95 yaşlı AXC-nin ildönümünü keçirməklə qürur duyuruq”

“94 yaşlı universitetdə 95 yaşlı AXC-nin ildönümünü keçirməklə qürur duyuruq”

Təhsil

24 May 2013, 17:26

“94 yaşlı universitetdə 95 yaşlı AXC-nin ildönümünü keçirməklə qürur duyuruq”

Bu gün Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov iştirakçıları bayram münasibətilə təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov, o əsərlərdən birinin də Bakı Dövlət Universiteti olduğunu qeyd edib. Deyib ki, “94 yaşlı universitetdə 95 yaşlı  Xalq Cümhuriyyətinin ildönümünü keçirməklə böyük qürur və şərəf hissi duyuruq”.

Rektorun çıxışından sonra BDU-nun təsis olunması ilə bağlı parlament iclasının tamaşası nümayiş etdirilib, tələbələr tərəfindən konsert proqramı təqdim olunub.

Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Əlihüseyn Quluzadəninifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı səslənib, tələbələrin ifasında «El bilir ki sən mənimsən» adlı şeirlərsəsləndirilib.






Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı