Prezident İlham Əliyev Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirələ həyat yoldaşının dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubda qeyd olunur:
“Hörmətli Süleyman Dəmirəl, Həyat yoldaşınız, ömür-gün dostunuz Nəzmiyə xanımın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Sizinlə birlikdə çiyin-çiyinə böyük həyat yolu keçmiş Nəzmiyə xanım həmişə yanınızda olmuş, ölkənizin çiçəklənməsi və xalqınızın rifahı naminə çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə mənəvi dəstək vermişdir. O, həm də Azərbaycanın yaxın dostu və sevimlisi idi.
Bu ağır anlarda mən və Mehriban xanım Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirik.
Allah rəhmət eləsin!”
Modern.az