Modern.az

Fəzail Ağamalı da prezidentliyə namizəd ola bilər

Fəzail Ağamalı da prezidentliyə namizəd ola bilər

Təhsil

30 May 2013, 12:35


Hakimiyyətyönlü Ana Vətən Partiyası (AVP) prezident seçkilərində öz namizədi ilə mübarizə aparacaq. Bu barədə Modern.az-a partiyanın sədri, deputat Fəzail Ağamalı bildirib.

Hazırda partiya daxilində seçkilərə hazırlıq işlərinin aparıldığını deyən F.Ağamalı namizədlərinin qurultayda bəlli olacağını bildirib.

“Seçkilərlə bağlı hazırlıqlarımız davam edir. Bizim partiyamızın seçkilərdə namizəd olacaq. İyun ayında qurultayda bilinəcək namizədimiz kim olacaq. O, ki qaldı mənim namizədliyimi mən deyə bilmərəm, partiya qərar verəcək”.

Qeyd edək ki, F.Ağamalı açıqlamasa da partiyanın onun namizədliyini irəli sürəcəyi bildirilir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!