Modern.az

Rüstəm İbrahimbəyov Vaşinqtona çağırıldı

Rüstəm İbrahimbəyov Vaşinqtona çağırıldı

Təhsil

2 İyul 2013, 14:07


Milli Şuranın prezidentliyə vahid namizədi yenidən Vaşinqtona səfər edəcək. Turan agentliyinin xəbərinə görə iyulun ortalarında ABŞ Konqresinin Helskinki komissiyası Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirəcək və bu dinləmələrə R.İbrahimbəyov, bloqqer Emin Milli və bir sıra müxalifət liderləri dəvət olnublar. Xəbərdə deyilir ki, sabah iyulun 3-də bir qrup amerikalı konqresmen və senator Türkiyə, Azərbaycan və Macarıstana səfərə çıxacaq. Nümayəndə heyətinin tərkibinə Helsinki komissiyasının həmsədri Kristofer Smit, konqresmen Robert Aderholt, senator Rocer Uiker və digərləri daxildir. Bu səfər Helsinki komissiaysında keçirilən dinləmələr ərəfəsində baş verir. Nümayəndə heyətinin tərkibində konqresmen Tom Koul, senator Maykl Krapo, konqresmen Dok Hastinqs də daxildir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı