Modern.az

Dövlət qulluğuna qəbul proqramında DƏYİŞİKLİK

Dövlət qulluğuna qəbul proqramında DƏYİŞİKLİK

Təhsil

4 İyul 2023, 15:44

Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib.

 

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

 

Belə ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib.

 

Proqramla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 

//exidmet.dim.gov.az/dqq/docs/program/mentiq_proqram.pdf

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?