Modern.az

Müsavat Gənclər Təşkilatının sədri həbs olundu

Müsavat Gənclər Təşkilatının sədri həbs olundu

Təhsil

7 Avqust 2013, 14:16

Avqustun 7-də Nəsimi Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya 15 sutka həbs cəzası verib. Bu qərar Tural Abbaslı məhkəmə qərarını icra etmədiyinə görə çıxarılıb.(musavat.com).

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Amma Tural Abbaslı bu qərarı da icra etməyib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı