“Milli Şura sədri, prezidentliyiə namizəd Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi artıq həll edilmək üzrədir. O iki-üç gün ərzində Rusiya vətəndaşlığından çıxarılacaq” Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Şuranın üzvü, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib.
Milli Şura üzvülərinin narahatlığına əsas olmadığını deyən E.Quliyev İbrahimbəyovun seçkilərə qatılacağını diqqətə çatdırıb. “Milli Şuranın mövqeyi əvvəldən bəllidir. Artıq demək olar ki, Rüstəm bəyin pasport məsələsi həll edilmək üzrədir. İki-üç günə bu məsələ həllini tapacaq. Narahat olmağa heç bir əsas yoxdur. İbrahimbəyov Milli Şuranın vahid namizədidir və seçkilərə də o gedəcək. Bütüb bu söhbətlər bitəcək”.
İbrahimbəyovun şurada təmsil olunan digər liderlərin namizədliyinə dair verdiyi açıqlamaya münasibət sərgiləyən E.Quliyev Eldar Namazovun da bu siyahıda qeyd olunmasının vacib olduğunu deyib: “Digər bir varianta gəlincə isə, Eldar Namazovun da adı bu siyahıda olmalıdır. O da namizədliyə layiq siyasətçidir”.
Anar RÜSTƏMOV