Azərbaycanın veteran futbolçusu, SSRİ idman ustası Səməd Qurbanovun avqust ayının 10-da təmtəraqlı ad günü qeyd ediləcək.
Prestijli restoranlardan birində baş tutacaq tədbirdə AFFA-nın nümayəndə heyəti başda olmaqla, 100-ə yaxın qonaq, o cümlədən veretan futbolçulardan Maşallah Əhmədov, Şakir Qəribov, Elbrus Abbasov, Oqtay Abdullayev iştirak edəcək. Tədbirə AFFA-nın prezidenti Rövnət Abdullayevin də qatılacağı gözlənilir. Xatırladaq ki, yubilyarın 60 yaşı iyulun 10-da tamam olsa da, Ramazan ayına görə avqustun 10-da qeyd edilməsi nəzərdə tutulub. Vaxtilə “Neftçi” idman klubunun tarixində özünəməxsus iz buraxan Səməd Qurbanov “jiquli” ləqəbiylə də tanınıb. “Modern.az” da yubilyarı ürəkdən təbrik edir.
L. SƏMLA