Modern.az

“MSK-ya İlham Əliyevdən başqa heç bir namizəd sənəd verməyib” - RƏSMİ AÇIQLAMA

“MSK-ya İlham Əliyevdən başqa heç bir namizəd sənəd verməyib” - RƏSMİ AÇIQLAMA

Təhsil

7 Avqust 2013, 17:24

“Hələlik Mərkəzi Seçki Komissiyasına bir nəfər - YAP-ın namizədi, prezident İlham Əliyevin sənədləri təqdim olunub”. Bunu Modern.az saytına açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev bildirib. O qeyd edib ki, YAP-dan başqa heç bir partiya namizədinin sənədlərini təqdim etməyib.

Xatırladaq ki,  prezident seçkilərinə rəsmi start avqustun 6-dan verilib. Artıq bir neçə partiya seçkidə iştirak etmək üçün öz qərarını açıqlayıb. Təqvim planına əsasən seçki gününə 23 gün qalmış rəsmi təbliğata başlanılır.  

Aqşin Kərimov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı