Modern.az

Hacıbala Abutalıbov Milli Şuranı “”20-ci sahə”yə göndərdi

Hacıbala Abutalıbov Milli Şuranı “”20-ci sahə”yə göndərdi

Təhsil

16 Avqust 2013, 11:07

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 18 avqust mitinq təklifinə yekun cavabını verib. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, Bakı meriyası mitinqlə bağlı müraciətə cavabın hazır olduğunu bildirib.

“Bakı şəhər İcra Hakimiyyəti cavabın hazır olduğunu bildirib. Deyiblər ki, gəlin cavabı götürün”.

G.Aslanlının fikrincə, çox güman ki, Bakı şəhər İcra Hakimiyyəti Mili Şuranın mitinq keçirmək üçün istədiyi 4 yerdən imtina edərək “20-ci sahə”ni təklif edib.

  

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı