Modern.az

Nazirlik vətəndaşları Misirə getməməyə çağırdı - XƏBƏRDARLIQ

Nazirlik vətəndaşları Misirə getməməyə çağırdı - XƏBƏRDARLIQ

Təhsil

16 Avqust 2013, 12:46


Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfərlərinin təşkili tövsiyə edilmir.

Turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb.

Nazirlikdən həmçinin bildirilib ki, xarici turistlərin Misirdə qalması üçün vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı