Modern.az

Qazaxıstanda 4 Azərbaycan ədibinin elmi kitabı nəşr olunub

Qazaxıstanda 4 Azərbaycan ədibinin elmi kitabı nəşr olunub

Təhsil

16 Avqust 2013, 13:09
Qazaxıstanda “Nizami, Nəsimi və Füzuli-Azərbaycanın böyük fəlsəfi fikir şairləri” adlı  elmi kitab işıq üzü görüb.  Modern.az bildirir ki, kitabın müəllifləri  Qazaxıstan Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti, Qazaxıstan Xalq Assambleyasın İdarə heyətinin üzvü Vidadi Salahov və fəlsəfə elmləri doktoru Kalimaş Beqlinovadır. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru Kamal Abdulla,  Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə doktoru Nur Əhməd, və fəlsəfə elmləri doktoru , Qazaxıstan-Azərbaycan dostluq  cəmiyyətinin sədri Kazbek Kasgenov kitaba rəy yazıblar. Kitabda müəlliflər Azərbaycan fəlsəfə fikrinin korifeyləri   Nizami Gəncəvi,  İmadəddin Nəsimi və Məhəmməd Füzulinin  XII-XVI əsrlərdə dünya fəlsəfəsinə, insanlığa  verdikləri töhfələrdən  bəhs edirlər.

Dörd fəsildən ibarət olan kitabda “Azərbaycanın tarixi keçmişi”, “Nizami Gəncəvi yaradıcılığında  mədəni inkişafın və ülvi hisslərin vəhdəti”, “Seyid İmadəddin Nəsimi Azərbaycanda  Hürufiliyin  yayıcısı”, “Məhəmməd Füzuli  Azərbaycan xalqının daxili mədəniyyətinin nümayandəsi” adlı hissələrlə oxuculara təqdim olunur. Kitab  geniş oxucu kütləsi üçün , həmçinin elmi araşdırmaçılar, aspirant və tələbələr üçün nəzərdə tutulub. Kitabın səciyyələndirən maraqlı cəhətlərdən biri də odur ki, əsas müəllifi azərbaycanlı olan Vidadi Salahovun bu əməyi həm də eyni zamanda  rus və ingilis dillərində də ayrıca kitab kimi çap olunub.

 

 

Ləman AĞAYEVA
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı